Polipin əmələ gəlməsinə səbəb olan amillər hansılardır?
03.01.2024 11:16

Araşdırmaya görə, yoğun bağırsaq xərçənginin 80% yaranma səbəbi, yoğun bağırsaqda yaranan poliplərdir. Bu risk yaşla birlikdə artır. Bu poliplərin təxminən 10 faizi orta hesabla 8-10 il ərzində xərçəngə çevrilə bilər.

 

Bunu Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri, beynəlxalq təcrübəyə malik qastroenteroloq Rəfael Həsənov bildirib.
 
Həkim bildirib ki, xərçəngə çevrilməmişdən əvvəl adətən heç bir əlamət göstərmədiyi üçün “gizli təhlükə” adlandırılan poliplər, kolonoskopiya ilə aşkarlana və çıxarıla bilər. Bu yolla xərçəngə çevrilmənin qarşısı alına bilər.

 

R.Həsənov polipin əmələ gəlməsinə səbəb olan amilləri də sadalayıb:
İdmandan uzaq bir həyat tərzi
Artıq çəki
Lif çatışmazlığı olan pəhriz
Əvvəlki tarixdə kolorektal polip və ya xərçəng
İltihabi bağırsaq xəstəlikləri (kron və ya xoralı kolit)
Siqaret çəkmək
Tez-tez və həddindən artıq spirtli içki qəbulu

 

Onun sözlərinə görə, 40-45 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya müayinəsi göstərişdir. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

 

"Kolonoskopiya kifayət qədər ziyansız və asan metoddur, amma o, yüksək peşəkar, işində mütəxəssis tərfindən, klinika şəraitində, müasir və steril avadanlıqla icra olunmalıdır", - deyə həkim bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev