Narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirmək önəmlidir
02.01.2024 17:04

Tərtərdə “Gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi”, “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!”, “Narkomaniyaya yox deyək!” mövzusunda tədbirlər keçirilib.

 

Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə TƏBİB-in tabeli tibb müəssisəsi olan Tərtər Rayon Mərkəzi Xəstəxanasının (RMX) psixoloqu Təranə Əmiraslanlı da iştirak edib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Təranə Əmiraslanlı qeyd edib ki,
gənclərə sağlam həyat tərzini təbliğ etmək, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirmək, zərərli vərdişlərlə mübarizənin yolları və mövzu ilə əlaqədar digər məsələlər haqqında məlumatlandırmaq bizlərin borcudur.

 

Qarşılıqlı müzakirə şəklində davam edən tədbirdə gənc fəalların da fikirləri dinlənilib və suallarına aydınlıq gətirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır