Qubada təqaüdə çıxan həkim və orta tibb işçiləri ilə görüş olub
01.01.2024 13:10

Quba Rayon Mərkəzi Xəstəxanasında 2023-cü il üzrə əmək fəaliyyətinə xitam verilən həkim və orta tibb işçiləri ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

Öncə xəstəxananın ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə yaradılan abidə kompleksi ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub.

 

Daha sonra tədbir Quba Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam edib.

 

Tədbiri giriş sözü ilə açan müəssisə direktoru Əliyar Sərvərov qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əməkdaşları təbrik edib. O, 65 yaşı tamam olaraq fəaliyyətinə xitam verilən həkimlərin və orta tibb işçilərinin əmək fəaliyyətləri, Quba rayon səhiyyəsinə verdikləri töhfələr və əməkləri yüksək qiymətləndirərək hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

 

Son olaraq xəstəxana rəhbərliyi adından təqaüdə çıxan həkimlərə və orta tibb işçilərinə təltifnamə və qiymətli hədiyyələr təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır