Təcrübə mübadiləsi proqramında iştirak edəcək tibb işçilərinin seçilməsi üzrə Komissiya yaradılıb
01.01.2024 13:16

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin icra edən Samiq Sadıxov təcrübə mübadiləsi proqramında iştirak edəcək tibb işçilərinin seçilməsi üzrə Komissiyanın yaradılması məqsədilə müvafiq əmr imzayıb.

 

Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, əmrə əsasən ölkədaxili və xaricində fəaliyyət göstərən tibb müəssisələrində təcrübə mübadiləsi proqramında iştirak etməsi nəzərdə tutulan tibb işçilərinin ixtisas üzrə bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin və müəssisədaxili etik davranış qaydalarının qiymətləndirilməsi və seçilməsi məqsədilə komissiya tərəfindən qiymətləndirmələr aparılması tapşırılıb. Komissiya tərəfindən yanvar ayında Türkiyənin Qazi Universiteti ilə aparılacaq təcrübə mübadilə proqramının ilk mərhələsində iştirak edəcək heyətin seçim mərhələsi lazımi işlərə başlanılıb.

 

Mübadilə proqramının ilk mərhələsində tibb müəssisələrinin baş və böyük tibb bacıları iştirak edəcək. 6 həftə davam edəcək proqramda iştirakçılar işlədikləri müvafiq sahələr üzrə Qazi Xəstəxanasında təcrübə və biliklərini artıracaqlar. Eyni zamanda, həmin müddətdə Qazi Universitetinin də tibb bacıları Naxçıvanda müvafiq xəstəxanalarda öz bilik və təcrübələrini yerli personalla bölüşəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev