Müstəqil və güclü Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir
31.12.2023 12:12

Müasir dünya siyasi standartlarında dövlətlərin insan potensialı və nüfuz dairəsi sərhədləri ilə məhdudlaşmır. Bu gün özünə yüksək mövqe qazanmaq iddiasında olan hər bir dövlət dünya siyasi xəritəsinin istənilən nöqtəsində nüfuz və mövqelərini möhkəmləndirməyə çalışır. Bu prosesdə isə ən ciddi amil ölkədən kənarda yaşayan şəxslərin təşkilatlanması, diaspor fəaliyyətidir. Nəzərə alsaq ki, son iki yüz il ərzində Azərbaycanın daxilində baş verən proseslər yüz minlərlə soydaşımızın öz Vətənini tərk etməsinə və qürbət ölkələrdə məskunlaşmasına səbəb olub, o zaman ölkəmizin xaricdə böyük bir tərəfdar potensialına malik olduğunu demək olar.

 

Dövlət müstəqilliyi qazanana qədər xaricdə yaşayan soydaşlarımız Vətən sevgilərini qəlblərində gəzdirsələr də, bunu əməli işə çevirmək imkanından məhrum idilər. Təəssüf ki, müstəqilliyin ilk illərində də ölkədə mövcud olan iqtisadi- siyasi xaos bu potensialdan yetərincə istifadə etməyə imkan vermədi. Yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə başlanan xilaskarlıq missiyasının tərkib hissəsi kimi Dünya Azərbaycanlılarının bir araya gəlməsi dövlət siyasətinə çevrildi.

 

Ulu Öndərin hələ Naxçıvanda Ali Məclisin sədri olarkən 31 dekabrı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi gələcək milli birlik konsepsiyasının başlanğıcı idi. Xilaskar liderin dövlət quruculuğu prosesinin ilkin mərhələsini başa çatdırdıqdan sonra Bakıda Dünya Azərbaycanlılarının 1-ci qurultayının keçirilməsi bu sahəyə nə qədər önəm verməsinin təsdiqidir. Xalqın ümid yeri olan Ulu Öndər ölkə daxilində vətəndaş birliyini və milli həmrəyliyi təmin etməklə yanaşı, ölkə xaricində yaşayan soydaşlarımızın da təşkilatlanmasına və birlik prosesinə qoşulmasına birbaşa rəhbərlik etdi. Xarici səfərlər zamanı Ümummilli Liderin həmvətənlərimizlə ardıcıl görüşləri, tapşırıq və tövsiyələri Dünya Azərbaycanlılarının birləşməsinə önəmli töhfələr verdi. Məhz bundan sonra pərakəndə vəziyyətdə fəaliyyət göstərən həmvətənlərimiz diaspora yaradaraq vahid güc mərkəzi kimi xarici ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği və təşviqi istiqamətində vacib gücə çevrilməyi bacardılar.

 

Milli hədəflərə nail olmağın tək yolunun həmrəylik olduğunu bizə öyrədən Ulu Öndər təkcə Vətənimizdə deyil, dünyanın bütün yerlərində məskən salmış xalqımızın övladlarına Azərbaycanlı olmağın, azərbaycançılıq məfkurəsinin sevincini, qüdrətini, qürurunu yaşatdı və Dünya Azərbaycanlılarının əbədi lideri kimi fövqəl ucalığa qovuşdu.

 

Sonrakı illərdə Prezident İlham Əliyev bu istiqamətdə diaspora fəaliyyətində ciddi dönüş yarada bildi. Ölkəmizin uğurlu xarici siyasətinin yaratdığı reallıqlar diaspora fəaliyyətində vəhdət təşkil edərək səmərəli nəticələr verdi. Azərbaycanın xarici siyasət xəttinin prioriteti olan və milli maraqlarımızın qoruyucusuna çevrilən diplomatiyamızda diaspor fəaliyyəti ən mühüm faktor oldu.

 

Əsrə bərabər 20 ildə öncə xalqının etimadını qazanan dövlət başçısı “Mən 50 milyon Azərbaycan xalqının prezidentiyəm” sözünü bu gün şüardan real nəticəyə çevirdi. Bu, həm də “Qarabağ Azərbaycandır” devizinin dayaq nöqtəsi oldu. Çünki 200 illik tariximizin Zəfər və şərəf zirvəsi olan qələbəmiz Prezident İlham Əliyevin liderliyi ilə məhz milli birlik hesabına əldə olundu.

 

Birliyimizin qarşısında düşmənlərimiz və onları himayə edənlər duruş gətirə bilmədilər, rəzil məğlubiyyət yaşadılar. Həmrəyliyimiz bizi qüdrətli, yenilməz etdi.

 

Ümummilli Lider Heydər Əliyevin çətinliklə nail olduğu milli birliyimiz “Biz yalnız birlikdə güclüyük” deyən Prezident İlham Əliyevlə zirvələri fəth etdi, Xalq-Lider vəhdətinin dünyaya nümayişi oldu. Xalqımızın müasir qəhrəmanlıq tarixinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, biz xalqın istinad nöqtəsi olan Prezident İlham Əliyevlə güclüyük.

 

31 dekabrı harada yaşamağımızdan asılı olmayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü - bayram kimi qeyd edirik. Qalib sərkərdənin liderliyi ilə qürurlu bir ölkədə yaşamaq hər günümüzü bayrama çevirib.

 

Bayramımız, Yeni ilimiz mübarək, Azərbaycan naminə birliyimiz alın yazımızdır!

 

Rəşad Mahmudov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır