Həmrəylik Günü və Yeni il bütövləşmiş Azərbaycanda ilk dəfə qeyd olunur
31.12.2023 16:52

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan Tibb Universitetində (ATU) universitet rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə geniş tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirin aparıcıları Hərbi tibb fakültəsinin 2-ci kurs tələbəsi  Hidayət Kazımzadə, Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Aydan Qocayeva bu dəfəki bayramların bütövləşmiş Azərbaycanda ilk dəfə qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıblar.

 

Aparıcılar bildiriblər ki, Vətən müharibəsində Azərbaycan Tibb Universitetinin kollektivi də əlindən gələn köməyi əsirgəməyib. Həkimlərimiz döyüş bölgələrinə ezam olunub, klinikalarımızda qazilərin müayinə və müalicəsi universitetin rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə ən yüksək  səviyyədə təşkil edilib.

 

Yeni il qabağı tədbir iştirakçılarının əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə  “Çinar” rəqs ansamblı  “Cəngi” rəqsini ifa edib.

 

Fatimə Mirkazımlının pianoda müşayiəti ilə “Şəfa” ansamblının qızlardan ibarət üzvləri “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” mahnısını ifa ediblər.

 

Tələbələrdən İctimai səhiyyə fakültəsinin 1-ci kurs tələbəsi Humayxanım Əliyevanın “Ayağa dur, Azərbaycan!”, Stomatologiya fakültəsinin 3-cü kurs tələbəsi Cansu Güzelin “ Daşlı Qala”, “Şəfa” ansamblının fəxri üzvü Nicat Nəsibli və Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Məryəm Nayıbovanın birgə ifa etdiyi “ Al məndən gülüşlərini”, Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nihad Salahlının ifa etdiyi “Dilbərim” mahnısı tamaşaçıları kövrək hisslərlə kökləyib.

 

Müalicə-profilaktika fakültəsinin  tələbələri Nicat Əhmədov və Ülkər Gülmalıyevanın dueti də maraqla qarşılanıb. Cütlük “Yoxmuş etibarın” mahnısını gözəl ifa ediblər.

 

Yenə həmin fakültənin 5-ci kurs tələbəsi Minayə Yusifova ifa etdiyi “Ay Laçın” ilə isə bir anlığa Laçınımızın və digər işğaldan azad olunmuş torpqlarımızın nə qədər qiymətli olduğunu onu dinləyənlərə bir daha xatırlatmalı olub.

 

Qardaş Türkiyədən olan tələbə Sezər Keliyin ifa etdiyi “Bil oğlum”u iki qardaş xalqın birliyinin möhtəşəmliyini təkrar diqqətimizə çatdırıb.

 

Məryəm Nayıbovanın təkrar ifası isə tədbirə əlavə gözəllik qatıb. Oxuduğu “Yaşa, mənim xalıqm” mahnısı alqışlarla qarşılanıb.   

 

Tədbir zamanı Şanlı Ordumuzun daha da inkişaf etməsində, hərbi həkimlərin vətənpərvərlik ruhunda yetişməsində zəhməti olan Hərbi tibb fakültəsinin bir qrup müəllimi də mükaflandırılıb.  

 

Mükafatlar universitetin rektoru, professor Gəray Gəraybəyli və Həmkərlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov tərəfindən tibb xidməti polkovniki Məharət Rzayevə, tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevə, tibb xidməti polkovnik-leytenantı Vəli Qazıyevə, tibb-xidməti polkovnik-leytenantı Adil Hüseynova, tibb xidməti polkovnik-leytenantı Anar Mehrəliyevə  təqdim olunub.

 

Tədbirdə Qərbi Azərbaycanımıza qayıdış məsələsinə də toxunulub, soydaşlarımızın tarixi Azərbaycan torpaqları olan İrəvanımıza, Göyçəmizə, Zəngəzurumuza və digər yurd yerlərinə dönəcəkləri böyük inam hissi ilə qeyd edilib.  

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib