SHE-Sağlamlığı Təşviq edən Məktəblərdə maarifləndirici tədbirlər təşkil olunub
01.01.2024 09:46

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 5 saylı, 110 saylı, 149 saylı, 177 saylı SHE – Sağlamlığı Təşviq edən Məktəblərdə maarifləndirici tədbir və yarışlar keçirilib.

 

Aztibb.az-a İSİM-dən verilən məlumata görə, tədbirlərin məqsədi sağlam həyat tərzinin, sağlam qidalanmanın, fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və gənc nəsli zərərli vərdişlərdən uzaq olmağa çağırmaq idi.

 

Məktəblərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman yarışları, gigiyena qaydaları, sağlam həyat tərzi ilə bağlı məlumatlılığın artırılması məqsədilə “Bilik yarışması” keçirilib.

 

İştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb, yarışın qaliblərinə medallar və hədiyyələr təqdim olunub.

 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin əsas məqsədi sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını həyata keçirmək, məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələri Azərbaycan məktəblərində 2018-ci ildən başlayaraq hər il həyata keçirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər