Şagirdlər arasında fiziki aktivliyin təbliğinə dair yarış təşkil edilib
31.12.2023 08:43

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 5 nömrəli SHE – sağlamlığı təşviq edən tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir və yarış keçirilib.

 

Aztibb.az-a İSİM-dən bildirilib ki, tədbirin məqsədi fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və onları sağlam həyat tərzi yaşamağa çağırmaq idi.

 

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və həkim-metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, növləri barədə ətraflı məlumat veriblər.

 

İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək müxtəlif idman növləri üzrə yarışıblar.

 

Yekunda qalib komandalara mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər