Müəllimlər üçün “Sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi” mövzusunda seminar keçirilib
01.01.2024 11:00

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə müəllimlər üçün “Sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi” mövzusunda seminar keçirilib.

 

İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, seminarın təşkilində əsas məqsəd əhali arasında sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı məlumatlılığı artırmaq, gənc nəslin sağlam böyüməsi və inkişafında müəllimlərin vacib rolunu bir daha vurğulamaq idi.

 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva əhali arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinin ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb və bu məqsədlə hazırlanan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib. Uşaq, valideyn və müəllimlər üçün nəzərdə tutulan portalın müəllimlər üçün faydalı məlumat bazası olduğu bildirilib, “Məktəblilərin sağlamlığı”, “Sağlam qida”, “Zərərli vərdişlər” və s. mövzular üzrə bölmələr xüsusilə diqqətə çatdırılıb.

 

İştirakçılara tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq tövsiyə edilib, “fast-fud” və tez hazırlanan digər qida növlərinin sağlamlığa mənfi təsirləri izah olunub. Bir daha vurğulanıb ki, “əlüstü yemək”lər, şirin qazlı içkilər, çox yağlı və duzlu qidalar immun sisteminin zəifləməsinə, artıq çəki və piylənməyə səbəb olur, şəkərli diabet, ürək-damar və sinir sistemi xəstəliklərinin inkişafına şərait yaradır.

 

Düzgün və balanslı qidalanma, qida təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər