Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində unikal cərrahi əməliyyat icra olunub
30.12.2023 09:25

Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və cərrahiyyədə ən bahalı əməliyyatlardan biri sayılan aorta damarının (bədənin ən böyük damarı) anevrizmasının qapalı yolla bərpası, endovaskulyar stent qreft yerləşdirilməsi uğurla icra edilib.

 

Aztibb.az-a Klinikadan verilən məlumata görə, bu münasibətlə keçirilən infosessiyada TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Yeni Klinikanın direktoru Barat Yusubov, uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Nicat Alışev icra edilən əməliyyatla bağlı ətraflı məlumat veriblər.

 

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov bildirib ki, cərrahi əməliyyat zamanı Nicat Alışev, uzman ürək-damar cərrahı Əlizamin Yusifli və Ağakişi Yəhyayev tərəfindən xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilib.

 

Yeni Klinikanın direktoru Barat Yusubov məlumat verib ki, artıq son iki gündə dörd xəstənin əməliyyatı həyata keçirilib və hər biri uğurla başa çatıb.

 

Əməliyyatlara rəhbərlik edən uzman invaziv radioloq Ağakişi Yəhyayev əməliyyat prosesini əks etdirən görüntüləri nümayiş etdirərək bildirib ki, qarın aortasının anevrizması - qarın damarlarının genişlənməsidir.

 

Bu xəstəlik inkişafa meyillidir, diametri il ərzində orta hesabla 10 % arta bilər, bu da həmin damarların genişləndikcə partlamasına səbəb olur.

 

Qarın aortasının anevrizması ölüm faizi kifayət qədər yüksək olan xəstəliklərdəndir. Həmçinin xəstəliyin açıq cərrahi müalicəsində bir sıra fəsad və travmatik vəziyyət müşahidə edilə bilər.

 

Müasir dövrdə elm və texnikanın inkişafının tibb sahəsində özünü göstərməsi xəstəliyin cərrahi müalicəsinin artıq qapalı yolla icrasına şərait yaradıb.

 

Qeyd edilən riskləri minimum səviyyəyə endirən qarın aorta damarının anevrizmasının qapalı yolla bərpası artıq Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində növbəti ildən mütəmadi olaraq həyata keçiriləcək.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır