Gömrük Hospitalında tibb bacısı xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxıb
30.12.2023 11:24

Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 27-ci maddəsinin ikinci abzasına və 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin tibb bacısı, tibb xidməti giziri Mehri Karagöbekli 26 dekabr 2023-cü il tarixindən etibarən xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxıb.

 

Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.

 

Bununla bağlı Mərkəzi Gömrük Hospitalında Mehri Karagöbeklinin təqaüdə yolasalınma tədbiri keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Tibbi Xidmət İdarəsinin Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Şəhla Mirzəzadə və digər əməkdaşlar iştirak ediblər.

 

Dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək tibb bacısı Mehri Karagöbeklinin tibbi xidmətlərini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra İ.Əfəndiyev təqaüdə çıxan Mehri Karagöbekliyə gül dəstəsi və xatirə hədiyyəsi təqdim edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər