Seminar: “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi”
30.12.2023 09:20
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi, İSİM, “Uşaq Qaynar Xətt” xidməti, orta məktəblər və uşaq poliklinikasının psixoloqları, o cümlədən fərdi fəaliyyət göstərən psixoloqlar, həkimlər, ictimai səhiyyə mütəxəssisləri seminarda iştirak ediblər.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gənc nəslin sağlam inkişafının ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb və bu məqsədlə hazırlanan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib. Uşaq, valideyn və müəllimlər üçün nəzərdə tutulan portalın psixoloqlar üçün də faydalı məlumat bazası olduğu bildirilib. “Uşaqların psixi sağlamlığı”, “Uşaqlara qarşı zorakılıq”, “Uşaq travmaları” və s. mövzular üzrə bölmələr xüsusilə diqqətə çatdırılıb.
 
İSİM-in Təlim-resurs şöbəsinin müdiri Kamila Kərimova psixoloq yardımına əlçatanlığın təmin olunmasından söz açaraq, iştirakçıları rəqəmsal texnologiyalardan istifadə ilə bağlı sorğuda iştirak etməyə dəvət edib. Sorğunun nəticələri təhlil edilib və məlum olub ki, psixoloqlar müraciətləri əsasən “votsap”, “zoom” və “VideoDoktor” platforması üzərindən cavablandırıblar.
 
“Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndəsi Aynur Məmmədova “Uşaq Qaynar Xətt” xidməti və fəaliyyəti barədə geniş məlumat verib, bütün müraciətlərə diqqətlə yanaşılaraq aidiyyəti üzrə müvafiq qurumlara və mütəxəssislərə yönəldildiyini, məxfiliyin qorunduğunu vurğulayıb.
 
 
İSİM-in psixoloqu Aysel Musayeva autizm və əlamətləri, müalicəsindən söz açıb, onlara vaxtında göstərilən psixoloji dəstəyin, ailə, məktəb və mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Seminarda uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı faydalı təcrübələr bölüşülüb və səmərəli fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır