Qobustan Rayon Mərkəzi Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
31.12.2023 15:15
Qobustan Rayon Mərkəzi Xəstəxanasında 31 Dekabr-  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xəstəxana əməkdaşları ilə görüş keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, müəssisədə fəaliyyət göstərən tibb və qeyri-tibb personalının iştirakı ilə baş tutan görüşdə, çalışdıqları müddət ərzində vəzifə öhdəliklərini yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə bir sıra tibb və qeyr-tibb işçilər təltif edilib.
 
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov əvvəlcə xəstəxana əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
O, daha sonra xəstəxanaya yeni təyin olunan həkimləri kollektivə təqdim edib. Hər bir əməkdaşın əzmi sayəsində qısa müddət ərzində böyük uğurların əldə olunduğunu deyən direktor növbəti ildə tibb müəssisənin daha mühüm nailiyyətlərə imza atacağına inandığını söyləyib.
 
İmran Qurbanov qızılçaya qarşı aparılan mübarizənin və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini yerinə yetirən həkim və tibb işçilərinin gördükləri işlərin danılmaz bir fakt olduğunu vurğulayıb.
 
“Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırdılar. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. İstər ön cəbhədə, istər arxa cəbhədə savaşan hər kəsin bizim qələbəmizdə xüsusi rolu var”, – deyə İmran Qurbanov qeyd edib.
 
Sonda Səhiyyə İşçiləri Həmkərlar İttifaqı şurasının sədri Zərbalıyeva Kəmalə tərəfindən xəstəxana əməkdaşlarına bayram sovqatları təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər