Uşaqlar ətraf mühitin çirklənməsinə görə ABŞ-ı məhkəməyə veriblər
30.12.2023 14:45

ABŞ-ın Kaliforniya əyalətində 18 uşaq ətraf mühitin çirklənməsinin qarşısını almadığı səbəbiylə əyalətə qarşı iddia qaldırıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, “Our Children's Trust” qeyri-kommersiya hüquqi təşkilatının dekabr ayında 8-17 yaş arası uşaqlar adına açdığı iddiada, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) “ictimaiyyətin həyatını təhdid edən ətraf mühitin çirklənməsinə qəsdən icazə verdiyi” irəli sürülüb.

İddiaçılar EPA-nın uşaqlara qarşı ayrı-seçkilik etdiyini, onlara məhəl qoymadığını, onların bərabər yaşamaq və müdafiə olunmaq üçün konstitusiya hüquqlarını pozduğunu iddia ediblər.

“Our Children's Trust” təşkilatının hüquqşünası Julia Olson ictimaiyyəti ətraf mühitin çirklənməsindən qorumaq EPA-nın əsas vəzifəsi olduğunu vurğulayaraq, federal qurumun buna nail ola bilmədiyi üçün qanun qarşısında cavab verməli olduğunu bildirib.

EPA prezidenti Maykl Reqanın ətraf mühitin çirklənməsinə qarşı addım atmamaqla üzərinə düşən vəzifələri yerinə yetirmədiyi də iddia edilib.

İddiada EPA-nın 1970-ci ildə qurulduğu gündən bu yana ABŞ-ın dünyada ən çox istixana qazı buraxan ölkələrdən birinə çevrilməsinə göz yumduğu məsələsi yer alır.

“Biz daim gələcəklə bağlı narahatıq”

CNN iddiaçılardan sitat gətirib: "Biz daim gələcək üçün narahat oluruq. Ətrafımızda heç kim kifayət qədər sürətlə hərəkət etmir. Konstitusiya hər bir amerikalıya yaşamaq, azadlıq və xoşbəxtlik axtarışı hüquqlarını təmin edir və bura uşaqlar da daxildir".

EPA sözçüsü isə qanuni proseslə bağlı şərh verə bilməyəcəklərini deyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır