ATU-nun rektoru imtahanın gedişini izləyib  
29.12.2023 10:04

Azərbaycan Tibb Universiteti (ATU) I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri bu gün Ailə təbabəti kafedrasında “Klinik maliyyə bacarıqları” fənnindən imtahan veriblər. Universitetin rektoru, professor Gəray Gəraybəyli imtahanın gedişini izləyib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, ilk dəfə olaraq, OSKİ proqramı ilə tələbələr manikenlərin üzərində müayinələr həyata keçirib. Bu barədə adıçəkilən kafedranın müdiri, professor İbrahim İsayev məlumat verib. O bildirib ki, tələbələrin bu fənnə böyük marağı var, həvəslə öyrənirlər: “Hər qrup iki dəfə gəlməklə, təşkil etdiyimiz treninqlərdə iştirak edib. 3-cü dəfə isə imtahan verdilər. 3-cü kursda qiymətləndirmə 100 balla hesablanır. 10 bal sərbəst işlərə, 10 bal davamiyyətə, 80 bal isə klinik müayinənin aparılmasına görə verilir”.

 

ATU-nun rektoru tədris olunan fənn, eləcə də imtahan prosesi və yaradılmış şəraitlə bağlı tələbələrlə söhbətləşib, onların fikirlərini öyrənib. Tələbələr treninqlərdən və imtahan prosesindən razı qaldıqlarını bildirib, bəzi təkliflərlə çıxış ediblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev