Ağır vəziyyətdə KTM-in tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən 13 yaşlı uşağın həyatı xilas edilib
28.12.2023 16:22
13 yaşlı xəstə dəqiqləşməyən Ensefalomielit (ADEM) diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Uşaq İntensiv Terapiya şöbəsinə yerləşdirilib.
 
 
Kliniki Tibbi Mərkəzdən (KTM) Aztibb.az-a bildirilib ki, xəstəxanaya gətirilərkən xəstənin vəziyyəti ağır qiymətləndirilib. Xəstəyə meninqoensefalit, septiki şok, sol tərəfli pnevmoniya diaqnozları qoyulub.
 
Mərkəzin və 2 saylı Klinik Uşaq Xəstəxanasının anestezioloq-reanimaloqları Cavid Səfərli və Pərvanə Əliyevanın, eləcə Uşaq İntensiv Terapiya şöbəsinin tibb personalı və Mərkəzin digər həkimlərinin ciddi nəzarəti altında xəstənin müayinə və müalicələri aparılıb. Dərhal xəstəyə İVİQ, plazmaferez, puls-terapiya, antibiotikoterapiya müalicələri davam etdirilib.
 
Xəstə 2 gün sonra süni tənəffüs aparatına qoşulub və iki həftə sonra KTM-in uzman uşaq cərrahı Fuad Məmmədov xəstə üzərində uğurlu traxeostoma əməliyyatı icra edib.
 
Hazırda fizioterapiya prosedurları icra edilir. Uğurlu prosedurlar nəticəsində yuxarı ətraflarda hərəkət tam bərpa olunub. Xəstənin KTM-in tabeliyindəki Uşaq Bərpa Mərkəzinə köçürülməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır