ATU-da tələbələr arasında keçirilən futzal yarışları başa çatıb
29.12.2023 09:09

ATU-nun Tələbə Həmkaralar İttifaqı Komitəsi ilə razılaşdırılmış əsasnaməyə uyğun olaraq “Təbib” idman klubunun təşkilatçılığı ilə futzal yarışları keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, yarışların baş tutması üçün fakültə dekanlıqlarından hər komandanın tərkibində 8 tələbə olmaqla 12 komandanın sifarişi təqdim edilib.

 

Əvvəlcə püşkatma mərasimində komandaların kapitanları iştirak edib və 4 qrupa bölünüb. Futzal üzrə bölmənin məşqçi-müəllimi Şükür Bayramov tərəfindən komandaların kapitanları yarışların keçirilmə qaydaları ilə ətraflı tanış olub və turnir cədvəli müəyyən edilib. Həftənin şənbə günləri (18, 25 noyabr və 2 dekabr) daxil olmaqla 3 həftə davam edən dairəvi sistem üzrə keçirilən oyunlarda yarımfinalçılar müəyyənləşib. Dekabrın 9-da final oyunları keçirilib və qaliblər müəyyənləşib. Hərbi Tibb Məktəbinin I kurs kursantları bütün fakültələrdən olan rəqiblərinə qalib gəliblər. 623F-2b komandası birinci, 623F-3a komandası ikinci, 623F-3b komandası isə üçüncü yerə layiq görülüb.

 

Yarışların bağlanış mərasimində ATU-nun THİK sədri Qoşqar İsmayılov, Hərbi Tibb fakültəsinin zabitləri və “Təbib” idman klubunun sədri Qələndər Aslanov Ümummilli Lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı misilsiz xidmətlərindən, Dövlətimizin idmana və idmançılara qayğısından danışıb və tələbələri təbrik ediblər.

 

Sonda qaliblər medal, diplom və kubokla təltif olunublar. Kursant Zamil Əliyev oyunlarda “Ən Çox Qol Vuran” nominasiyası və Fəxri diplomla təltif olunub.     

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib