Əməkdar həkim Kamal Əliyev - Peşəkar həkimlərimizi tanıyaq!
09.01.2024 16:34
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik həkim, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 35 nömrəli Şəhər Poliklinikasının baş həkimi, t.ü.f.d. Kamal Əliyevi təqdim edirik.
O, 19 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Tibb Universitetində, 2002-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
2005-ci ildə dissertasiya işini uğurla müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” alimlik dərəcəsi alıb.
Kamal Əliyev 1988-1996-cı illərdə müxtəlif tibb müəssisələrində kiçik və orta tibb ixtisası vəzifələrində çalışıb. 1996-1997-ci illərdə Səhiyyə Nazirliyinin Respublika Təsərrüfat hesablı Poliklinikasının baş həkiminin müavini, 1997-2003-ci illərdə Sabunçu rayonu 11 nömrəli Şəhər Poliklinikasının baş həkimi, 2003-2007-ci illərdə Yasamal rayonu 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi işləyib.
2007-2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi-baş həkimi, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının rəisi, 2012-2019-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, 2019-2022-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi vəzifələrində xidmət edib. O, 2022-ci idən Bakı Baş Səhiyyə Mərkəzinin 35 nömrəli Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli 2389 nömrəli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

