Nizami Tibb Mərkəzində ilk endoprotez əməliyyatı icra olunub
25.12.2023 13:04
Uzun illərdir artroz xəstəliyindən əziyyət çəkən 82 yaşlı pasiyent Nizami Tibb Mərkəzində əməliyyat olunub və pasiyentin sağ diz oynağına endoprotez yerləşdirilib.
 
Mərkəzdən Aztib.az-a bildirilib ki, pasiyent əməliyyatın səhəri günü yeridilib və 4 gün sonra məmnun şəkildə evinə yola salınıb.
 
Əməliyyatı mərkəzin uzman cərrah-travmatoloqu Azər Əlizadə icra edib.
 
Məlumat üçün qeyd edək ki, oynaqların endoprotezləşdirilməsi normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur.
 
Müasir endoprotezlər demək olar ki, ömürlükdürlər. Protezlər 15-20, hətta 30 il öz normal fəaliyyətlərini saxlaya bilirlər, lazım gəldikdə isə onları yenidən dəyişmək olur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev