Səhiyyə Nazirliyi 11-40 yaşlı şəxslərin qızılcaya qarşı peyvənd olunmasını vacib hesab edir
25.12.2023 12:02

Avropa regionunda 2023-cü ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam etməkdədir.


Ölkə ərazisində qeydə alınan yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Belə yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir.


Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Nazirlik tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxmalara görə hazırda həssas hesab edilən 11-40 yaşlı şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib sayı.


Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.


11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev