“Həkimlərimizi tanıyaq!” rubrikası: Neyrocərrah Ömər Məmmədbəyli
01.01.2024 16:38
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə pasiyentlərinə qayğı ilə yanaşan Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Ömər Məmmədbəylini oxuculara təqdim edirik.
 
O, 1973-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib, 2000-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin nəzdində neyrocərrahiyyə ixtisası üzrə kliniki ordinatura keçib.
 
Ömər Məmmədbəyli 2002-ci ilin noyabr ayından etibarən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş-beyin neyrocərrahiyyəsi şöbəsində həkim-neyrocərrah kimi fəaliyyət göstərir.
 
2007-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən Ankara şəhərində neyrocərrahiyyə ixtisası üzrə kurs keçib. 2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına əsasən Almaniya Federativ Respublikasının Berlin şəhərində nəzəri-təcrübi ixtisasartırma kursu keçib. 2014-cü ildə Çexiya Respublikasının Praqa şəhərində neyrocərrahların konqresində iştirak edib.
 
Həkim 2020-ci ildə II Vətən müharibəsində iştirak edib.
 
Neyrocərrah Ömər Məmmədbəyli baş-beyin şişləri, onurğa fəqərəsinin şişləri, uşaq neyroonkologiyası, fəqərə sütun diskogen cərrahi əməliyyatlarını icra edir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb