Maarifləndirici tədbir: “Fəal ol, sağlam ol!” 
25.12.2023 08:59

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsinin Seyfulla Məmmədov adına 110 nömrəli SHE - sağlamlığı təşviq edən tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.

 

Tədbirin məqsədi oturaq həyatın sağlamlığa vurduğu ziyanı, fiziki aktivliyin əhəmiyyəti barəsində uşaqları məlumatlandırmaq və sağlam həyat yaşamağa çağırmaq idi.

 

Tədbirdə İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova və həkim metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, gigiyena qaydaları, zərərli vərdişlər barədə ətraflı məlumat veriblər.

 

İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək sağlamlığın qorunması ilə bağlı bilik və bacarıqlarının yoxlanılması üçün “Bilik yarışması”da iştrak ediblər.
Yekunda idman və bilik yarışlarının qaliblərinə mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin əsas məqsədi sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını həyata keçirmək, məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələri Azərbaycan məktəblərində 2018-ci ildən başlayaraq hər il həyata keçirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub