"Ekspertlərin Zirvə Görüşü: Regional Tibbi-Elmi Konfrans”ı öz işinə başlayıb
24.12.2023 18:55

Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ekspertlərin Zirvə Görüşü: Regional Tibbi-Elmi Konfrans”ı öz işinə başlayıb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirdə konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev, peşəkar invaziv kardioloq, ürək-damar cərrahları, həkimlər və digər qonaqlar iştirak ediblər.

 

Konqres iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qeyd edək ki, tədbirin davamı 24 dekabr tarixində “Sağlam gələcək üçün birlikdə yürüyək!" devizi altında konfrans iştirakçıları və rayon ictimaiyyətinin birgə idman yürüşü marafonu ilə Astara Dənizkənarı Park-Bulvar kompleksində həyata keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev