Naxçıvanda II Regional Neyroreabilitasiya Konfransı keçirilib
24.12.2023 11:59

Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş II Regional Neyroreabilitasiya Konfransı keçirilib.


Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universitetinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə baş tutub.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Öncə Ulu Öndər Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub, Heydər Əliyev irsini əks etdirən muzey ziyarət olunub.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayam konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənilib.

 

Konfransda Səhiyyə Nazirliyinin rəsmi nümayəndələri - Tibb xidmətləri şöbəsinin müdir müavini Təranə Xəlilova, Kurortologiya və reabilitasiya üzrə kurator Nigar Nəzərli, Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının rəhbəri prof. Aytən Məmmədbəyli iştirak ediblər.

 

N.Nəzərli rəsmi açılışda konfrans iştirakçılarını salamlayaraq, son zamanlar diqqətdə olan kurortologiya və reabilitasiyanın təşkili ilə bağlı fikirlərini bölüşüb.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru prof. Sədaqət Hüseynova konfransın mahiyyəti haqqında məlumat verib. Daha sonra o, "İnsultlu xəstələrin reabilitasiyasına müasir yanaşmalar" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin məqsədi işemik insult və onun reabilitasiyasında istifadə olunan müasir üsullar, bu sahədə olan elmi – praktik yeniliklərin həkimlərə çatdırılmasından ibarət olub. Problemin müxtəlif sahələrinə həsr edilən məruzələr təqdim olunub.

 

Konfransa nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri də qatılıblar. İştirakçılar sertifikatlar, davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev