ATU tələbələrinin topladığı kitablar Laçındakı əsgərlərimizə hədiyyə olunub  
23.12.2023 12:20

İctimai fəallığı ilə fərqlənən Azərbaycan Tibb Universitetinin (ATU) Biokimiya kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Firəngiz Quliyeva bu günlərdə “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində növbəti dəfə işğaldan azad edilmiş ərazilərimizdəki hərbi hissələrdə olub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, F.Quliyeva ölkəmizin dilbər guşələrindən sayılan Laçında 3 hərbi hissənin “Əsgər kitabxanası”na universitetin müəllim və tələbələrinin topladığı 400-ə yaxın kitabı hədiyyə edib. O, əsgərlərlə görüşləri zamanı Vətənimizin keşiyində dayanmış oğullara universitet rəhbərliyinin salamlarını və xoş arzularını çatdırıb.

 

Məlumat üçün bildirək ki, bu dəfə də tələbələr hədiyyə kitablarda əsgərlərimizə ünvanlanmış ürək sözləri və xoş arzularını yazıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır