Yeni Klinikada riskli doğuş uğurla nəticələnib
23.12.2023 11:16

Yeni Klinikanın Mama-ginekologiya şöbəsində həyata keçirilən riskli doğuş uğurla nəticələnib.

 

Aztibb.az-a Klinikadan bildirilib ki, ana ölümünün əsas səbəblərindən olan venoz tromboemboliyadan əziyyət çəkən (VTE) hamilə pasiyent təbii doğuşa alınaraq sağlam şəkildə ana olub.

 

Riskli hamiləlik keçirən pasiyent aşağı ətraflarında dərin venoz trombozu diqnozu ilə Balakən rayonundan Yeni Klinikaya yönləndirilib. Hamiləliyin nəzarəti və uşağın sağlamlığı nəzərə alınaraq pasiyent süni sancı ilə doğuşa alınıb. Zahılıq dönəmində trombozun müalicəsi zamanı qanaxma riski ilə üz-üzə qalan xəstə Mama-ginekologiya şöbəsinin müdiri Uzm. Dr Vüsalə Əzizova və komandasının uğurlu müalicəsi sayəsində sağlam şəkildə evə yazılıb.

 

Məlumat üçün bildirək ki, hamiləlik dərin venaların və pulmonar emboliyanın inkişafı üçün bir riskdir. Venoz tromboemboliya təbii doğuşla müqayisədə qeysəriyyə əməliyyatı zamanı daha çox müşahidə olunur.

 

Xatırladaq ki, Yeni Klinikanın Mama-Ginekologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev