22 tibb müəssisəsinin əməkdaşı korrupsiyaya qarşı mübarizə məqsədli təlimlərə cəlb edilib
22.12.2023 11:45

Bu ay Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 22 tibb müəssisəsinin əməkdaşları üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən korrupsiyaya qarşı mübarizəyə yönəlmiş təlimlər keçirilib.

Aztibb.az Agentliyin məlumatına əsasən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən təlimlərin məqsədi tibb müəssisələrinin fəaliyyətində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məsuliyyətli davranışın təşviq edilməsi, korrupsiya hüquqpozmaları və etik davranış qaydalarının pozulması hallarının yaratdığı hüquqi məsuliyyət barədə iştirakçıları məlumatlandırmaq olub.

Təlimçi qismində "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli çıxış ediblər. 79 iştirakçının qatıldığı təlimlərdə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təqdimat nümayiş edilib.

Həmçinin sözügedən əməkdaşlıq çərçivəsində “Sağlamlığımızı korrupsiyadan birlikdə qoruyaq!” adlı flayer hazırlanıb. Flayer özündə icbari tibbi sığortadan istifadə zamanı qanun pozuntusu, neqativ hallarla üzləşən zaman vətəndaşların düzgün müraciət vasitələrindən bəhs edən məlumatları əks etdirir.

Vətəndaşlara paylanılması üçün 5000-ə yaxın sayda flayer Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Klinik Tibbi Mərkəz, Yeni Klinika, Bakı Baş Səhiyyə Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim edilib, eləcə də təlimlərdə iştirakçılara paylanılıb.

Əlavə olaraq, Agentliyin 34 əməkdaşına “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda qurumun Hüquq departamentinin nümayəndəsi tərəfindən təlim keçirilib. İştirakçılara etik davranış qaydaları, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və s. məsələlər barədə məlumatlar verilib.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev