“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” beynəlxalq konfransı başa çatıb
22.12.2023 13:55

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə hybrid formatda keçirilən “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın ikinci günü də çox məsuldar olub.

 

AMEA-dan Aztibb.az-a verilən məlumata görə, tədbir öz işinə Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri professor Qərib Mürşüdovun plenar məruzəsi ilə başlayıb.

 

Daha sonra biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri; biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt; bioetika və sintetik biologiyanın problemləri mövzularında parallel seksiya öz işini davam etdirib, bioloji müxtəliflik, ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin dayanıqlığı və ətraf mühitin mühafizəsində biologiya elminin iştirakı; biorisk və biotəhlükələr, onların qiymətləndirmə, önləndirmə və aradan qaldırılma üsulları, bioloji sistemlərə antropogen təsirlər, özünütəşkil və özünübərpa məsələləri mövzularında seksiya iclasları keçirilib. İclaslara 200-ə qədər yerli, həmçinin dünyanın 30-a yaxın ölkəsindən 100-ə yaxın alim və mütəxəssis qoşulub, 100-dən çox məruzə dinlənilib, 40-dan çox poster nümayiş etdirilib, geniş müzakirələr aparılıb.

 

Konfransın bağlanış mərasimində çıxış edən konfransın sədri, akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin elm və təhsilə göstərdiyi yüksək diqqətin sayəsində Azərbaycanın biologiya elmində əldə edilmiş nailiyyətlər, böyük zəhmət bahasına hazırlanmış və bu gün dünyanın aparıcı elm mərkəzlərində çalışan yüksək ixtisaslı elmi kadrlar, tanınmış alimlər haqqında danışıb. Natiq qeyd edib ki, Azərbaycanın biologiya elminin inkişafında xüsusi rol oynayan elmi potensialda görkəmli alim və ictimai-siyasi xadim Cəlal Əliyev məktəbinin nümayəndələri üstünlük təşkil edirlər. 2 gün ərzində onların bir çoxu konfransda iştirak edərək, apardıqları tədqiqatlar, əldə etdikləri mühüm nəticələr haqqında məruzələrlə çıxış ediblər. Bu alimlərin həyat və elmi təcrübələri, hazırki konfransda etdikləri məruzələr və onlar ətrafında aparılan müzakirələr gənc alim və mütəxəssislər üçün əsl məktəbdir. Konfrans, həmçinin alimlər və elmi qurumlar arasında yeni elmi əlaqələrin yaranması baxımından da faydalı olmuşdur.

 

“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini uğurla başa vurmuşdur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır