“Könüllü TƏBİB” layihəsinin gənclərin tibb sahəsində bilik və bacarıqlarının artılımasında mühüm rolu olub
22.12.2023 12:47

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrində "Könüllü TƏBİB" layihəsi üzrə görülmüş işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, tədbirdə qurumun İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Azərbaycan Tibb Universitetinin prorektoru, prof. Sabir Əliyev, Yeni Klinikanın direktoru Barat Yusubov, 2№li Bakı Baza Tibb Kollecinin direktor müavini Kəmalə Bilalova və digər rəsmi şəxslər iştirak ediblər.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə göstərdiyi böyük diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı hazırda daha geniş imkanlarla fəaliyyətini davam etdirir. “Könüllü TƏBİB” layihəsinin gənclərin tibb sahəsində bilik və bacarıqlarının artılımasında mühüm rol oynadığını deyən A.Nəsirov qeyd edib ki, layihənin müsbət nəticəsi onların gələcək fəaliyyətlərində özünü daha qabarıq büruzə verəcək.

 

Sonra TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov layihənin gələcək perspektivlərindən danışıb. O, “Könüllü TƏBİB” layihəsinin qurumun tabeliyində olan tibb müəssisələrində işləməsinə marağının artırılmasında böyük rol oynayacağını vurğulayıb. A.İsrafilov bildirib ki, layihə onların tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə xüsusi əhəmiyyətə malikdir.

 

Daha sonra "Könüllü TƏBİB" layihəsində əməyi keçən TƏBİB təlimçiləri və əməkdaşları təltif olunublar.

 

Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsi çərçivəsində tibbi kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev