Səhiyyə sahəsində islahatlar Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
21.12.2023 11:52
Yardımlı Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı” mövzusunda tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tədbirdə tibb müəssisəsinin direktoru Rasim Əkbərov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.
 
Rasim Əkbərov vurğulayıb ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində islahatlar da Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Dövlət başçısının səhiyyənin inkişafına diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə göstərilən diqqət Prezidentin Azərbaycan səhiyyəsinin inkişafı sahəsində gördüyü işlərin sübutudur”, - deyə direktor qeyd edib.
 
Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan danışıb, Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafı üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərindən bəhs ediblər. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev