Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında İİV-in erkən aşkarlanması ilə bağlı aksiya təşkil edilib
21.12.2023 10:44
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında maarifləndirmə aksiyası təşkil ediblər.
 
Bu məlumat Mərkəzdən Aztibb.az-a verilib.
 
Mütəxəssislər öz çıxışlarında İİV/QİÇS-in yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər. Azərbaycanda bu virusa yoluxma səviyyəsi və insanlar arasında xəstəliyin yayılma təhlükəsindən danışıblar.
 
Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
Həmçinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır