ATU prorektoru imtahan nəzarətçiləri ilə görüşüb  
21.12.2023 09:18

Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev İmtahan nəzarətçiləri ilə görüşüb.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, prorektor artıq 12 ildir imtahanların testlə aparıldığına xatırladıb. Bildirib ki, bu illər ərzində testin formalarının dəyişdirilməsi, təkmilləşdirilməsi sayəsində müəyyən problemlər öz həllini tapıb. Əsas məqsəd tələbələrin əzbərçilikdən uzaqlaşaraq fənni yaxşı öyrənmələridir.

 

Son dövrlərdə aralıq sorğularının da İmtahan Mərkəzində kompüterlərlə aparıldığını söyləyən prorektor imtahan nəzarətçılərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Onun sözlərinə görə, hər bir nəzarətçi öz sırasına cavabdehlik daşıdığından tələbələrin özünü necə aparmasını və digər texniki vasitələrdən istifadə edib-etməməsini daim diqqətdə saxlamalı, ancaq bu nəzarəti tələbə ilə münaqişə səviyyəsinə çatdırmamalıdır. İmtahan prosesində müəyyən xoşagəlməz hallarda yol verildiyini təəssüf hissi ilə vurğulayan prorektor, bəzi nəzarətçilərin tələbələrlə məqsədli şəkiildə əlaqə yaratmasından narahatlığını dilə gətirib: “Tələbələrlə qabaqcadan elə iş aparmaq lazımdır ki, onlar qeyri-qanuni yolla imtahanda müvəffəqiyyət qazanmağın mümkünsüzlüyünə inanaraq ancaq öz biliklərinə arxalansınlar”.

 

Görüş zamanı imtahanların vaxtı haqqında nəzarətçiləri məlumatlandıran Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov, imtahan nəzarətçilərinin sayının əvvəlki illərlə müqayisədə xeyli azaldıldığını söyləyib. Onu da nəzarətçilərin diqqətinə çatdırıb ki, imtahan zalında tələbələrlə yüksək tonda danışmağa ehtiyac yoxdur. Çünki tələbələrin əsas iradlarından biri də imtahan zalında səs olması ilə bağlıdır: “Bundan başqa, imtahan başlayanda tələbənin hansı masada oturması məsələsini siz həll edirsiniz. Bilirsiniz ki, bir gündə 2000 tələbə imtahan verir. Əgər həmin tələbələr öz ailə üzvləri ilə imtahan prosesini müzakirə edərsə, görün bir gündə nə qədər ailədə universitetdə imtahan prosesi ilə bağlı müzakirələr aparılır. Ona görə də uğurlu fəaliyyətimizə kölgə salan hərəkətlərə yol verməməliyik”.

 

İmtahan-nəzarət qrupunun rəhbəri Pəri İsaqova nəzarətçilərin daha çox diqqət yetirməli olduqları məsələlərdən söhbət açib və mövcud problemlərin həllinə dair öz təkliflərini irəli sürüb.

 

Görüşdə iştirak edən imtahan nəzarətçilərini narahat edən məsələyə də toxunan prorektor S. Əliyev şənbə günlərinə imtahan salınmayacağını bildirib, indiyədək yol verilən nöqsanların aradan qaldırılacağına, nəzarətçilərin öz işlərinə bundan sonra daha məsuliyyətlə yanaşacaqlarına əminliyini ifadə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev