Dəyirmi masa: “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” 
20.12.2023 19:20

20 dekabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda Dəyirmi masa keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirdə C.Məmmədov qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qaraciyər və böyrək transplantasiyası əməliyyatlarına ehtiyacı olan xəstələrin sayı artmaqdadır.

 

Bildirilib ki, Azərbaycanda ötən il qüvvəyə minən yenilənmiş qanuna əsasən həm canlı, həm də meyit orqanlardan istifadə etməklə orqan transplantasiyası əməliyyatlarının edilməsinə imkan yaranacaq.

 

Dəyirmi masada Hospitalın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq, t.ü.f.d. Mircəlal Kazımi “Orqan transplantasiyası: mövcud təcrübə və hədəflərimiz” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, ölkəmizdə və regionda orqan transplantasiyası əməliyyatları 12 dekabr 2008-ci ildən aktiv olaraq həyata keçirilməyə başlamışdır. Bu günə qədər Azərbaycanda yerli mütəxəssislər tərəfindən 2000-ə yaxın insan üzərində orqan transplantasiyası əməliyyatı uğurla icra olunmuşdur.

 

Mircəlal Kazımi qeyd edib ki, hazırda Azərbaycanda yalnız qaraciyər və böyrək köçürülməsi əməliyyatları icra edilir və biz bununla kifayətlənməməliyik. Tezliklə ölkəmizdə digər orqan və toxumalar: mədəaltı vəz, bağırsaq seqmentləri, ətrafların transplantasiyası əməliyyatları da icra olunmalıdır ki, bunun üçün meyit orqanlarından istifadə üçün şərait yaradılmalıdır.

 

Azərbaycanda həyata keçirilən transplantasiya əməliyyatlarının uğurlu icrası istiqamətində atılan addımların effektiv təşkilində qurumlararası əməkdaşlığın rolunun artırılması məqsədilə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Transplantasiya mərkəzləri ilə işin koordinasiyası”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva “Orqan transplantasiyası xidmətlər zərfində orqan toxuma əməliyyatları”, Mediland Hospitalın anestezioloq-reanimatoloqu, t.ü.f.d., dos. Qulam Rüstəmzadə “Kadavra transplantasiyasına gedən yol: Beyin ölümünün təyini və qarşılaşdığımız problemlər” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Dəyirmi masada, eyni zamanda orqan transplantasiyaları icra edilən mərkəzlərin həkimlərinin və transplantasiya üzrə koordinasiya mərkəzlərinin üzərinə düşən öhdəliklər, İcbari Tibbi Sığorta tərəfindən edilən dəyişikliklər barədə müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev