QİÇS-lə Mübarizə Mərkəzi Sumqayıt Tibb Kollecində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirib
19.12.2023 14:41

Sumqayıt Tibb Kollecində “Sağlam həyat - sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.

 

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Aztibb.az-a bildirilib ki, Mərkəzim Sumqayıt Regional Laboratoriyasının mütəxəssisləri kollecin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, gənclər arasında xəstəliyin yayılma təhlükəsi, yoluxma və virusdan qorunmağın yolları barədə məlumat veriblər.

 

Həmçinin Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində kollecin müəllim və tələbələri üçün İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb.

 

Sonda İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev