ÜST-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşları Danimarkada seminarda iştirak ediblər
19.12.2023 11:30

ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin üç əməkdaşı Danimarkanın Kopenhagen şəhərində keçirilən “Layihə və dəyişikliklərin idarə edilməsinin əsasları” adlı seminarda iştirak ediblər.

 

Aztibb.az ÜST-nin Azərbaycan Nümayəndəliyinin feysbuk səhifəsinə istinadla bildirir ki, layihənin və layihələrdə baş verən dəyişikliklərin idarə edilməsinə yönəlmiş seminarda ÜST-nin Avropa regionunda yerləşən on bir ölkə ofisinin nümayəndələri iştirak ediblər.

 

Seminarın məqsədi iştirakçılara öz bacarıqlarını artırmaq imkanı verməklə, interaktiv qrup işi və keys tədqiqatları vasitəsilə layihə və dəyişikliklərin idarə edilməsinin əsaslarını öyrənməkdən ibarət olub. Bundan əlavə, öyrənilmiş anlayışları müxtəlif hallarda tətbiq etmək, mövzuların praktiki anlayışını gücləndirmək üçün xüsusi sessiyalar təşkil edilib.

 

Tədbir, həmçinin layihənin idarə edilməsi təcrübələrində müsbət dəyişikliklərə gətirib çıxara biləcək əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib