Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib
19.12.2023 09:29
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.
 
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.
 
Əsaslı təmir-bərpa işləri barədə məlumat verən Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, xəstəxanada Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi 1985-ci ildə yaradılıb və həmin dövrdən etibarən fəaliyyətdədir.
 
Cari il ərzində aparılan yenidənqurma işlərindən sonra isə şöbə tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla, eləcə də cihazlarla təchiz olunub. Belə ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub.
 
Şöbə izolə olunmuş 8 otaq və 24 çarpayıdan ibarətdir.
 
Hər bir otağın ayrıca hepafiltr və havalandırma sistemi mövcuddur. Bu da infeksiyaların yayılması riskini məhdudlaşdırır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv