Ordubad Rayon Mərkəzi Xəstəxanasında uğurlu əməliyyatlar icra edilir
19.12.2023 09:16
 
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov ötən günlərdə mətbuata açıqlamasında muxtar respublikada rayon xəstəxanalarının konkret istiqamətlər üzrə ixtisaslaşdırılacağını, bununla da xəstəxanaların infrastrukturundan daha kompleks istifadə olunmasına nail olunacağını açıqlamışdı.
 
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə aparılan işlər Culfa Regional Tibb Mərkəzinin tabeliyində Ordubad Rayon Mərkəzi Xəstəxanasında ard-arda uğurlu əməliyyatların icra edilməsi ilə nəticələnir.
 
Xəstəxanada fəaliyyətə başlayan plastik-rekonstruktiv cərrah Vüqar Əsgərov 9 dekabr tarixində 4 əməliyyat icra edib. Pasiyentlərdən Ordubad rayon Gənzə kənd sakini 1990-cı il təvəllüdlü İsmayılova Ceyran Yədullah qızına xarici burnun deformasiyası, donqarlıq və çəpər əyriliyi diaqnozu ilə "rinoseptoplastika", Ordubad rayon Düylün kənd sakini 1976-cı il təvəllüdlü Əliyev Cümşüd Telman oğluna çəpər əyriliyi diaqnozu ilə "septoplastika", Ordubad rayon Əndəmic kənd sakini 2004-cü il təvəllüdlü İsmayılova Aysun Mürşid qızına çəpər əyriliyi diaqnozu ilə "septoplastika", Ordubad rayon Azad kənd sakini 1958-ci il təvəllüdlü Əsədov Qadir Hacı oğluna burun daxili polip diaqnozu ilə "polipin ləğvi" əməliyyatı icra edilib.
 
 
Əməliyyatlar uğurla yekunlaşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır