TƏBİB əməkdaşları Kazan şəhərində işgüzar səfərdə olublar
18.12.2023 14:33

TƏBİB əməkdaşları “EIDOS” MMC-nin dəvəti ilə Kazan şəhərində işgüzar səfərdə olublar.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, səfərdə Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Korporativ əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Aysel Məhərrəmova və Layihələrin idarəolunması şöbəsinin böyük məsləhətçisi Firad Rəsulov iştirak ediblər.

 

Səfərin əsas məqsədi “EIDOS” MMC-nin istehsalat bazası ilə tanışlıq, tibbi təlimlər üçün hazır məhsulları – mulyajlar, manikenlər, simulyatorlar, praktiki əl vərdişlərinin təkmilləşdirilməsi üçün trenajorlar və digər avadanlıqlar ilə tanışlıq olub.

 

Səfər çərçivəsində TƏBİB heyəti “EIDOS” MMC-nin istehsal prosesi ilə tanış olub. Bununla yanaşı, tibbi təlimlər üçün avadanlıqların istismarı, proqram təminatı, texniki dəstəyi haqda məlumatlar dinlənilib.

 

Eyni zamanda, Kazan Federal Universitetinin Fundamental Təbabət və Biologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Simulyasiya Mərkəzinə baxış keçirilib. Tatarıstan Respublika Xəstəxanasının nəzdində yaradılan Müasir Tibbi Texnologiyalar Təlim və Tədris Mərkəzi ziyarət edilib.

 

Nümayəndə heyəti Mərkəzdə həkimlər üçün diplomdan sonrakı davamlı tibbi təhsil tədbirlərinin keçirilməsi məqsədilə 6 müxtəlif istiqamətlərdə canlı və 2 virtual treyninq laboratoriyalarının fəaliyyəti ilə tanış olub. “EIDOS”un istehsal etdiyi təlim avadanlıqlarının istifadəsinə dair məruzələr dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır