Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşı Türkiyədə beynəlxalq konqresdə iştirak edib  
19.12.2023 08:15
14-17 dekabr 2023-cü il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Türkiyə Cumhuriyyətinin Antalya şəhərində keçirilən XXV Beynəlxalq İctimai Səhiyyə Konqresində iştirak edib.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən xəbərə görə, 14 noyabr 2023-cü il tarixində konqres "Cumhuriyyətin 100-cü ilində keçmişdən gələcəyə ictimai səhiyyə" devizi altında rəsmi açılış hissəsi ilə öz işinə başlayıb. Türkiyə, Azərbaycan, London, Avstraliya, Serbiya, İndoneziya, Kolumbiya, Roma və digər ölkələrdən olan yüksəkixtisaslı ictimai səhiyyə mütəxəssislərinin iştirak etdiyi tədbirin rəsmi hissəsində Türkiyənin Ulu öndəri Atatürkün xatirəsi dərin hörmətlə anılıb və Türkiyə Cümhuriyyətinin Dövlət Himni səsləndirilib.
 
Rəsmi hissədən sonra konqresin elmi rəhbəri, Tükiyənin Dokuz Eylül Universitetinin Tibb fakültəsinin professoru, Türkiyənin İctimai Səhiyyə Uzmanları Dərnəyinin rəhbəri Bülent Kılıçın moderatorluğu ilə elmi hissəyə start verilib.
 
4 gün davam etmiş tədbir zamanı ictimai səhiyyənin aktual mövzularına - səhiyyə siyasəti, reproduktiv sağlamlıq, cəmiyyətdə psixoloji sağlamlıq xidmətlərinin təşkili, fövqəladə hallarda səhiyyənin təşkili, peyvəndləmə işinin əhəmiyyəti, ictimai səhiyyədə innovativ texnologiyaların tətbiqi, ətraf mühit sağlamlığı, qızılca ilə mübarizə, yoluxucu xəstəliklərin idarə edilməsi, uşaq və yeniyetmə sağlamlığı və digər aktual mövzulara dair 26 paneldə ümumilikdə 80-dən çox təqdimat edilib.
 
Tədbirdə panel müzakirələr və sual-cavab sessiyaları təşkil edilib, ekspertlərarası məlumat və təcrübə mübadiləsi həyata keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları üçün şərait yaradılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib