“Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir keçirilib  
18.12.2023 12:23
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Binə qəsəbəsi 149 saylı orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirin məqsədi oturaq həyatın sağlamlığa vurduğu ziyanı, fiziki aktivliyin əhəmiyyəti barəsində uşaqları məlumatlandırmaq və sağlam həyat yaşamağa çağırmaq idi.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva və həkim-metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, növləri barədə ətraflı məlumat veriblər.
 
İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək müxtəlif idman növləri üzrə yarışıblar.
 
Yekunda qalib komandalara mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib