Seminar: "Süd vəzi xərçəngi və onun erkən diaqnostikası” 
17.12.2023 12:54

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Süd vəzi xərçəngi və onun erkən diaqnostikası” mövzusunda seminar keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyevanın “Süd vəzi xəstəliklərinə multidissiplinar yanaşmada digər ixtisas həkimlərinin rolu” mövzusunda məruzəsi dinlənilib.

 

H.Vəliyeva bildirib ki, xərçəngin diaqnostikası üçün istifadə edilən metodlar arasında özünü müayinənın xüsusi yeri var. Yəni, qadınların özlərini müayinə etməsi və hər hansı bir əlamət aşkar etdikdə həkim müayinəsinə gəlmələri xəstəliyin erkən mərhələdə aşkar olunmasına və müalicə nəticələrinin yaxşılaşmasına təsir göstərir.

 

Məruzəçi qeyd edib ki, süd vəzi xərçəngi xəstəliyini aşkar etmək üçün bir çox müayinə üsullarından istifadə olunur. Bu müayinələrdən hər hansı birində xərçəng şübhəsinın olması hələ diaqnoz qoyulmasını təsdiq etmir. Bu metodlardan sadəcə biri, biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.

Sonda iştirakçıların sualları cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır