TƏBİB-in dəstəyilə “Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib
17.12.2023 11:24

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı növbəti tədbir keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, “Metropark” Ticarət və Əyləncə Mərkəzində baş tutan tədbirin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

 

Əyləncəli-maarifləndirmə formatda keçirilən tədbirdə uşaqlar üçün əyləncəli və maarifləndirici proqramlar, viktorinalar, “face art” və rəqs qruplarının çıxışları təşkil edilib.

 

Tədbir çərçivəsində valideynlərə peyvəndin önəmindən bəhs edən təbliğat materialları paylanılıb, eyni zamanda ölkəmizdə uşaqlara vurulan peyvəndlər haqqında məlumatlar verilib, onları maraqlandıran və narahat edən suallar cavablandırılıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanda hepatit B, qızılca, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır.

 

Ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir və istifadə edilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir, təhlükəsizliyinə zəmanət verilir.

 

Profilaktik peyvəndlər vasitəsilə yoluxucu xəstəliklərin qarşısının alınması (immunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

 

Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunub. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir.

 

Əlavə edək ki, Azərbaycanda peyvəndləmənin sistemli şəkil aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər