Samir Ağalarov Beynəlxalq Uroonkologiya Simpoziumunda çıxış edib
15.12.2023 08:50

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarov Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileryinə həsr edilmiş VI Beynəlxalq Uroonkologiya Simpoziumunda iştirakçı və məruzəçi qismində iştirak edib.

 

Aztibb.az-a Gömrük Hospitalından bildirilib ki, Samir Ağalarov simpoziumda “Prostat vəzinin hiperplaziyasında Thulium lazerin rolu” mövzusunda təqdimatla çıxış edib.

 

O, bu xəstəliyi olan pasiyentlərdə nə vaxt cərrahi əməliyyat və hansı hallarda dərman müalicəsinin təyin edilməsi haqqında məlumat verib.

 

Tədbirdə Türkiyə, ABŞ, Almaniya, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Azərbaycandan uroonkoloji xəstəliklər üzrə aparıcı mütəxəssislər iştirak ediblər.

 

Simpoziumda onkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev