Mərkəzi Gömrük Hospitalının tibb bacısı yaş həddi ilə bağlı təqaüdə göndərilib
14.12.2023 11:48
Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin tibb bacısı, tibb xidməti giziri Solmaz Mövsumova xidmətdə olmanın son yaş həddinə çatdığına görə 29 noyabr 2023-cü il tarixindən etibarən təqaüdə çıxıb.
 
 
Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, bununla bağlı tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Mərkəzi Gömrük Hospitalının baş həkimi Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Təcili tibbi yardım şöbəsinin rəisi Fizuli Abışov iştirak ediblər.
 
Dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək tibb bacısı Solmaz Mövsumovanın tibbi xidmətlərini yüksək qiymətləndirib, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzulayıb.
 
Daha sonra İ.Əfəndiyev təqaüdə çıxan Solmaz Mövsümovaya gül dəstəsi və xatirə hədiyyəsi təqdim edib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır