DGK Tibbi Xidmət İdarəsi İşçilərinin Həmkarlar İttifaqı təşkilatına yeni sədr seçilib
11.12.2023 19:06

Bu gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı təşkilatının işçilərinin növbəti iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov və əməkdaşlar iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə açan rəis müavini, dosent İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı təşkilatının faəliyyətini yüksək qiymətləndirib. O, fəaliyyət planına uyğun həyata keçirilən tədbirlər, layihələr barədə, eləcə də iclasın gündəliyində olan məsələlər barədə ətraflı məlumat verib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar ittifaqı komitəsinin sədrinin və müavininin seçilməsi, eləcə də Tibbi Xidmət İdarəsinin işçilərinin Həmkarlar İttifaqı komitəsinin Təftiş komissiyasının üzvlərinin seçilməsi barədə irəli sürülmüş təkliflər yekdilliklə səsvermə yolu ilə qəbul olunub.

 

Sonra DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi İşçilərinin Həmkarlar İttifaqı təşkilatına sədr, Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin mütəxəssisi Rəna Hacıyeva sədrin müavini seçilib.

 

DGK Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova, Mərkəzi Hospitalın Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova və İnformatika Texnologiyaları şöbəsinin mühəndis proqramçısı Natiq Orucov səsvermə yolu ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin Təftiş komissiyasının üzvləri seçiliblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır