"Mədə balonu ilə 6 ay ərzində 10-35 kq arıqlamaq mümkündür" - Rəfael Həsənov
11.12.2023 09:30
Mədə balonu əməliyyatsız və qısa müddətdə kilo vermək istəyənlər üçün ən effektiv arıqlama üsullarındandır.
 
Bunu Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri, beynəlxalq təcrübəyə malik qastroenteroloq Rəfael Həsənov bildirib.
 
Həkim bildirib ki, mədə balonu endoskopik cihazla ağızdan mədəyə yerləşdirilir. Daha sonra balon şişirilir və mədədə toxluq hissi yaranır.
 
Mədə balonunun üstünlüklərindən bəsh edən Rəfael Həsənov qeyd edib ki, prosedur cərrahiyyəsiz, kəsiksiz, qansız və qısa müddətdə (10-15 dəqiqə) icra olunur. Pasiyent prosedurdan sonra həmin gün evə buraxılır.
 
"Mədə balonu ilə 6 ay ərzində 10-35 kq arıqlamaq mümkündür. Bu müddət ərzində pasiyent həm arıqlayır, həm də yeni yemək vərdişi qazanır", - deyə qastroenteroloq əlavə edib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev