Sumqayıt Perinatal Mərkəzdə ilk dəfə yenidoğulmuş üzərində neyrocərrahi servikal mielomeninqoselin ləğvi əməliyyatı baş tutub
10.12.2023 12:30

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında servikal mielomeninqosel (mərkəzi sinir sisteminin nadir rast gəlinən anadangəlmə qüsuru) diaqnozu ilə doğulan körpə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, qurumun Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin nəzarəti, eyni zamanda Yeni Klinikadan dəvət olunan uzman həkim-neyrocərrah Azad Məlikovun və Sumqayıt Perinatal Mərkəzinin uzman uşaq cərrahı Araz Hüseynovun iştirakı ilə Mərkəzdə ilk dəfə körpənin doğumunun ilk günündə neyrocərrahi servikal mielomeninqoselin ləğvi əməliyyatı baş tutub.

 

Beləliklə, kistik törəmə tam şəkildə xaric edilib, onurğa beyin qişaları bərpa edilib.

 

Hazırda uşağın vəziyyəti stabildir, həkimlərin müşahidəsi altındadır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev