Ankara Qazi Universitenin professor heyəti Naxçıvan şəhərindəki xəstəxanaları ziyarət edib
10.12.2023 14:23

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Qazi Universiteti ilə əməkdaşlığının konkret istiqamətləri, Qazi Xəstəxanası ilə mübadilə proqramının əhatə edəcəyi sahələr müəyyənləşdirilib. Belə ki, yanvar ayından etibarən tibb bacısı mübadilə proqramı başlayacaq və ilk mərhələdə Naxçıvandan 40 tibb bacısı Ankarada təcrübə keçəcək, Ankaradan 40 tibb bacısı isə Naxçıvan səhiyyə sistemində işə başlayacaq, paralel olaraq Naxçıvanda tibb bacılarına təlim keçəcək. Həmçinin gələn ildən Ankara Qazi Universiteti ilə əməkdaşlığın həkimləri əhatə edən mərhələsi də başlayacaq. Mübadilə proqramları iştirakçıların müəyyən olunmuş vaxt bitdikdə dəyişdirilməsi prinsipi ilə 2 il ərzində fasiləsiz davam edəcək.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, bunlar barədə Ankara Qazi Universitetinin professor heyətinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın Naxçıvan Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana səfəri zamanı müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının detalları dəqiqləşdirib və konkret razılığa gəlinib.

 

Heyət Naxçıvan şəhərindəki xəstəxanaları ziyarət edib və Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovla görüş keçiriblər.

 

Görüşdə Samiq Sadıxov Qazi Universitetinin dəyərli professorlarını Naxçıvanda görməkdən çox məmnun olduğunu söyləyib. Oktyabr ayında Qazi Universitetinin rektoru, prof. Musa Yıldızla görüşdüyünü və görüşdə əməkdaşlıq haqqında bir sıra razılıqlara gəlindiyini xatırladıb: “Naxçıvana səfəriniz sayəsində yerində araşdırmalar aparıldı və əməkdaşlığımızın əhatə edəcəyi bütün istiqamətlər müəyyənləşdi” deyə bildirib.

 

Qazi Universitetinin rektor yardımcısı prof. Fazlı Polat Naxçıvana səfərlərini Ankaradakı görüşlərin davamı kimi qiymətləndirib birgə işbirliyinin Naxçıvan səhiyyəsi üçün mühüm irəliləyişlərə vəsilə olacağına əmin olduğunu söyləyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır