Beynəlxalq konqres: "Kardiologiyada yeni çağırışlar - 2023"
10.12.2023 10:07

Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində “Kardiologiyada yeni çağırışlar – 2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib. 

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.

 

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Musiqili Dram Teatrın quruluşçu rejissoru tərəfindən hazırlanan rəsmi açılış mərasimi keçirilib.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında tədbirin Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək, Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən danışıb. O, konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.


Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb və tədbirin əhəmiyyəti haqqında məlumat veriblər.

 

300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda tibdə yeni istiqamət olan kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev