“Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda şeir müsabiqəsi təşkil olunub
09.12.2023 17:29

Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda uşaqlar arasında şeir müsabiqəsi keçirilib.

 

Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.


Əvvəlcə “Ulu Öndər Heydər Əliyev və uşaqlar” mövzusunda videoçarx nümayiş olunub.

 

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar.

 

Qeyd olunub ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir, bu istiqamətdə daim genişmiqyaslı işlər görülür.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının uşaqları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

 

Münsiflər heyəti tərəfindən seçilən birinci, ikinci və üçüncü yerlərin qaliblərinə Libraff mağazalar şəbəkəsindən hədiyyə kuponları və təltifnamələr təqdim edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır